Müğənni Nigar Camal və Eldar Qasımov "Avroviziya 2014"ün avstriyalı qalibi Konçita Vurstla bir araya gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Nigar Camal İnstaqram hesabında video paylaşıb. O, Konçitanın ünvanına "Çox fərqli və cazibədar Konçita Vurst" sözlərini yazıb.

Müğənninin bu paylaşımı izləyicilərin narazılığına səbəb olub. Onlar Nigarı "düzgün olmayan dəyərləri təbliğ etməkdə" günahlandırıblar.