Çexiya prezidenti Petr Pavel Rusiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb və bildirib ki, Aİ ölkələrinin orduları yüksək intensivlikli münaqişəyə hazırlaşır.

"Unikal" RBC-yə istinadən xəbər verir ki,  Çexiya rəhbəri bu barədə Vışeqrad dördlüyü (Çexiya, Slovakiya , Macarıstan və Polşa ) prezidentlərinin görüşündə deyib. 

Pavel bildirib ki, Ukraynadakı münaqişə səbəbindən Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etmək üçün illər lazım olacaq. Bununla belə, Çexiya Prezidenti vurğulayıb ki, buna baxmayaraq, NATO dövlətləri hələ də Moskvanı “bir nömrəli təhlükə” kimi qəbul edirlər. Buna görə də bütün Avropa orduları qitədə yüksək intensivlikli münaqişə ehtimalına hazırlaşır.

Polşa prezidenti Anjey Duda öz növbəsində bildirib ki, ölkədə ordunun modernləşdirilməsi və gücləndirilməsi proqramı artıq həyata keçirilir. Polşa prezidenti “potensial hücuma” yaxşı hazır olmağa çağırıb.

Gülayə Mecid