Hollivud aktyoru Ceymi Foks məhkəməyə verilib.
"Unikal" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Buna səbəb aktyorun 2015-ci ildə bir xanıma təcavüz etməsi olub. İllər sonra qadın Foksu təcavüz ittihamı ilə məhkəməyə verib.
İddia ərizəsində bildirilir ki, aktyor qadına “fiziki və mənəvi xəsarət, narahatlıq, əzab və utanc" verib. Bununla əlaqədar olaraq, zərərçəkmiş Foksdan təzminat tələb edir.
Ceymi Foks “Şüa”, “Girov”, “Qanuna tabe olan vətəndaş”, “Zəncirsiz Djanqo” və bir sıra digər filmləri ilə tanınır. 2005-ci ildə "Rey Çarlz" roluna görə Oskar mükafatı qazanıb.