Almaniya polisi HƏMAS terror təşkilatı və ona bağlı Samidun dərnəyi ilə əlaqəli fəalların evlərində və ofislərində axtarışlar aparır.

"Unikal" "Der Spiegel"ə istinadən xəbər verir ki, axtarışlar Berlin, Şimali Reyn-Vestfaliya, Aşağı Saksoniya və Şlezviq-Holşteyn şəhərlərində aparılır.

Axtarışların əsas hədəflərindən biri hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkədə HƏMAS-a ən mühüm dəstək strukturu olan “Almaniyadakı Fələstin Cəmiyyəti” təşkilatıdır.

Anti-İsrail və antisemit Samidun şəbəkəsinin liderlərinin evlərində də axtarışlar aparılır.

Xatırladaq ki, noyabrın 2-də Almaniyanın daxili işlər naziri Nensi Feser HƏMAS terror təşkilatına hər hansı fəaliyyəti və dəstəyi tamamilə qadağan edən qaydaların qüvvəyə mindiyini açıqlamışdı. HƏMAS Avropa Birliyi tərəfindən terror təşkilatı elan edildikdən sonra Almaniyada böyük ölçüdə qadağan edilib. Yeni qaydalar həmçinin dəstək ifadələri də daxil olmaqla əlaqəli fəaliyyətləri qanundan kənarlaşdırır.

Almaniyada HƏMAS-ın fəal tərəfdarlarının sayının 450 nəfər olduğu təxmin edilir ki, onlardan 100-ə yaxını Berlindədir. Formal olaraq, onlar HƏMAS və digər məqsədlər üçün vəsait toplamaq üçün cəbhə rolunu oynayan müxtəlif xeyriyyə və dini təşkilatların üzvləridir.    

Gülayə Mecid