Müğənni Kərim Abbasov mərhum həmkarı Rəhim Rəhimli ilə bağlı qalmaqallı açıqlama verib.

"Unikal" xəbər verir ki, o, bu barədə  "Xəbərin var?" verilişində mərhum həmkarı ilə aralarında illərlə davam edən küslülükdən söz açıb:

"Aramızda sənət rəqabəti var idi. İkimiz də şoumen idik. Efirdə adım çəkiləndə onda qıcıq yaranırdı və bunu hətta büruzə də verirdi. Hətta Rəhimlə keçmiş “Lider TV”də çalışanda “torbamı” tikənlərdən biri də o oldu. Rəqabətimiz onunla güclü olub. Onunla heç bir şəxsi zəmində problemimiz olmayıb. Sırf sənət üstündə küsülülüyümüz olub. Bizdə sağlam rəqabət olub. İşimi burmayıb, vurmayıb da. O, mədəni sürətdə işimi əngəlləyib. Allah ona rəhmət eləsin!".