Gözə görünməyən oliqarx
Arif Əsğərov Çingiz Məmmədova niyə acizdir?
Prezident İlham Əliyevin bir müddət öncə keçirtdiyi müşavirədə verdiyi bəyanatdan hələdə nəticə çıxarmayanlar var. Belə ki, prezident məmur-vətəndaş münasibətlərinə toxunaraq məmurlara sərt xəbərdarlıq verdi və bildirdi ki, məmurlar hər zaman yaşayış tərzləri, əməlləri ilə cəmiyyətə örnək olmalıdırlar.
Məhz bu açıqlamadan sonra fəaliyyətində və hərəkətlərində ciddi nöqsanlara yol verən bir neçə icra hakimiyyəti başçısı tutduğu vəzifədən azad edildi. Amma bu məsələnin görünən tərəfidir. Əslində isə elə məmurlar var ki, bunlar ya gözə görünmür, ya da hansısa səbəbdən heç bir halda hədəfə gəlmirlər. Əslində bunlara Azərbaycanın gizlənmiş oliqarxları da demək olar. Bunlardan biri də “Dövlət Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyətində Təmir Tikinti Departamentinin rəisi olan Çingiz Məmmədovdur. Uzun illərdi ki, bu vəzifəni az qala zəbt edən Çingiz Məmmədovu hətta cəmiyyətin sədri Arif Əsgərov belə yerindən tərpədə bilmir. Əksinə cəmiyyətin tabeliyində olan bütün tikinti işləri, tenderlər şəxsən Çingiz Məmmədovun razılığı ilə reallaşa bilər. Buna görə də Çingiz Məmmədov Azərbaycanda gözə görünməyən oliqarxlardan biri hesab edilir. Mənbənin sözlərinə görə onun yalnız daşınmaz əmlakının qiyməti bir neçə milyon manatdır. Bundan başqa Çingiz Məmmədovda artıq özünə o qədər əminlik yaranıb ki, az qala prezidentlər üçün yaradılan xidməti özü üçün yaradıb. Mənbənin sözlərinə görə qiyməti yüz min manatdan çox olan xüsusi maşında gəzən Çingiz Məmmədovu həm də bir neçə xüsusi can güdən mühafizə edir. Hansı səbəbə və hansı vəsaitə,bu suala cavab verən yoxdur. Ən maraqlısı isə budur ki, qatı cinayətkar kimi həbs olunan Hacı Məmmədovla yaxın qohumdur. Amma bu məqamda onun işinə təsir edə bilmir. Mənbənin sözlərinə görə indinin özündə belə “Dövlət Dəmir Yolu” Qapalı Səmdar Cəmiyyətində əsas söz sahibi məhz Çingiz Məmmədovdur. Çingiz Məmmədovla bağlı maraqlı məlumatlarla yaxın saylarımızda tanış ola bilərsiniz.
İlkin Rzazadə
Digər Xəbərlər
2025-02-24 15:30:20
2025-02-24 15:23:00

2025-02-24 15:06:22

2025-02-24 15:01:57

2025-02-24 14:47:27

2025-02-24 14:42:48

2025-02-24 14:30:00

2025-02-24 14:06:52

2025-02-24 13:45:55

2025-02-24 13:20:16

2025-02-24 13:02:58

2025-02-24 12:30:00

2025-02-24 12:25:29

2025-02-24 12:19:03

2025-02-24 12:10:00

2025-02-24 12:09:37

2025-02-24 12:07:36

2025-02-24 12:05:57

2025-02-24 11:36:00
