68-ci "Avroviziya" mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.

"Unikal" xəbər verr ki, müsabiqənin biletləri noyabrın 28-i yerli saatla 10:00-da satışa çıxarılacaq. Biletlərin qiyməti 145 İsveç kronu (təxminən 24 manat) olacaq. Yarışın keçiriləcəyi ümumilikdə 9 gün üçün nəzərdə tutulan biletləri ticketmaster.se saytından əldə etmək mümkün olacaq.

Biletin günündən və kateqoriyasından asılı olaraq qiymət 145-3795 İsveç kronu (24-619 manat) arasında dəyişəcək.

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları 7 və 9 may, finalı isə 11 may tarixlərində keçiriləcək.