"Rusiya Avropanı təhdid etmir, əksinə, Avropa İttifaqı Rusiya Federasiyası üçün təhlükə yaradır".
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Prezidentin sözçüsü qeyd edib ki, Aİ ABŞ-nin nəzarəti altındadır:
"Bu, açıq-aşkar faktdır və mübahisə etmək mümkün deyil. Bu, bizim üçün təhlükə yaradır".
Peskov həmçinin qeyd edib ki, son bir neçə ildə Praqadan çoxlu isterik bəyanatlar gəlir və bu, Çexiya rəhbərliyinə heç də xoş görünmür.
Xatırladaq ki, bundan əvvəl Çexiya prezidenti Petr Pavel Rusiyanı Avropa İttifaqı üçün əsas təhlükə adlandırmışdı. Onun sözlərinə görə, Avropa ölkələrinin orduları Rusiya Federasiyasına ciddi yanaşır və yüksək intensivlikli münaqişəyə hazırlaşır.
Gülayə Mecid