Rusiya polisi Dərbənd Kadet Korpusunun (İnternat məktəbi) direktoru, general-mayor Ammai Şahbanovu dörd milyon rublu (77 200 AZN) mənimsəməkdə şübhəli bilərək saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Saxlanılan şəxs barəsində “Dələduzluq” və “Mənimsəmə və ya israf etmə” maddələri ilə cinayət işi başlanıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Gülayə Mecid