Erməni tərəfi KTMT Parlament Assambleyası daimi komissiyalarının bu gün formal formatda keçirilən birgə iclasında təqdim olunan üç qətnamə layihəsindən ikisinin səsverməyə çıxarılmasını təsdiq etməyib.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.
Qeyd olunur ki, iclasın gündəliyinə 3 məsələ - nasizmin bərpası və tarixi həqiqətin təhrif edilməsi ilə bağlı hərəkətlərə görə məsuliyyət, tükənmiş uran sursatından istifadənin mümkün nəticələrinə dair tövsiyələr layihəsi, habelə Kanada Parlamentində haqq qazandırmaq və təşviq etmək cəhdi ilə bağlı bəyanat layihəsi daxil edilib. Son iki qətnamə erməni parlamentarilər tərəfindən təsdiqlənməyib.
Nümayəndə heyətlərindən biri səsvermədə bitərəf olarsa və ya iştirak etməzsə, bu sənəd yekdil nota ilə sessiyanın protokolunda qəbul edilə bilər.
Ağarza Elçinoğlu