Çində oğrunun başına maraqlı iş gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, soyğunçu evə girən zaman insanların oyaq olduğunu görüb və qorxub. Buna görə də oğru ev sahibləri yatana qədər başqa otaqda gözləmək, sonra isə bütün qiymətli əşyaları çıxarmaq qərarına gəlib.
Lakin çinli planlarını həyata keçirə bilməyib. O, gizləndiyi otaqda yuxuya gedib. Gecə ev sahibləri otaqdan yüksək xorultunun gəldiyini eşidiblər. Ev sahibi otağa baxış keçirib və bu zaman oğrunun yatdığını görüb. Bundan sonra çinli qadın polisə zəng edib. Məmurlar oğrunu həbs ediblər.
Çinli oğrunun başına gələn hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən məsxərəyə qoyulub.
Seymur Əli