Xəbər verdiyimiz kimi, bu gün Minskdə Nikol Paşinyanın iştirak etmədiyi KTMT-yə üzv dövlətlərin liderlərinin yekun sammiti başlayıb.
"Unikal" xarici KİV-ə istinadən bildirir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın sammitdə iştirak etməməsini təndiq edərək bunu demarş adlandırıb.
O, bildirib ki, bunu gizlətməyəcək: "Biz Qafqazdakı vəziyyəti və Kollektiv Təhlükəsizlik Şurasının üzvlərindən birinin bəzi şikayətlərini müzakirə etdik. Biz eyni qənaətə gəldik ki, problemli məsələlər həmişə olub və olacaq və əgər biz onları həll etmək niyyətindəyiksə, o zaman onları səbəbsiz demarşlar etməklə deyil, danışıqlar masası arxasında həll etməliyik. Biz öz fikrimizi bildirdik və arzuladıq ki, böyük ehtimalla Sankt-Peterburqda erməni dostlarımızı görək".
Ağarza Elçinoğlu