Xəbər vediyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib. Yanğın zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov vəfat edib.
"Unikal" xəbər verir ki, yanğında dünyasını dəyişən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qohumu imiş. Bu haqda R.Novruzun qızı, stilist Şəfəq Novruzova məlumat yayıb. O bildirib ki, R.Qasımov onun dayısıdır:
"Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm xəbəri anama necə deyim".