Ümumdünya Səhiyyə Təşkilatı Çindən bu ölkədə geniş yayılmağa başlayan yeni, hazırda naməlum uşaqlıq pnevmoniyasının baş verməsi ilə bağlı əlavə klinik və epidemioloji məlumatlar tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Çinin Milli Səhiyyə Komissiyası keçən il uşaqlar arasında yuxarıda qeyd olunan yeni pnevmoniya hallarının artdığını qeyd edib.
Çin hakimiyyəti bu artımı antikoronavirus məhdudiyyətlərinin aradan qaldırılması və qrip virusunun ölkədə aktiv dövriyyəsi ilə əlaqələndirir. Daha əvvəl ÜST COVID-19-a qarşı peyvənd olunmayanların hamısını peyvənd etməyə çağırmışdı.