ABŞ-nin Minneapolis şəhərində qaradərili Corc Floydu boğaraq öldürən keçmiş polis Derek Şovin həbsxanada bıçaqlı hücuma məruz qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şovin başqa bir məhbus tərəfindən bıçaqlanaraq ağır xəsarətlər aldığı bildirilib.
Hazırda xəstəxanada müalicə alan Şovinin həyati təhlükəsinin olduğu qeyd edilib.
Xatırladaq ki, Şovin daha əvvəl 2020-ci ilin mayında Floydun qətlinə görə 22,5 il həbs cəzasına məhkum edilmişdi.