“Bəzi Qərb ölkələri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı açıq şəkildə mübarizə aparırlar".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində deyib.

"Yəqin ki, 3, 4, 5 il əvvəl də oxşar mübarizə diplomatik maskalarla aparılıb. İndi bu maskalar çoxdan atılıb və mübarizə birbaşa baş-başa, açıq şəkildə aparılır. Həqiqətən də, bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. 

Yeri gəlmişkən, Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, bu sayda dövlətlər çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilər. Çünki onlar öz öhdəliklərini birtərəfli yerinə yetirirdilər. Təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”, - deyə Peskov bildirib.