HAMAS İsraillə əsir mübadiləsi üzrə sazişi dörd günə qədər uzatmağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Dohadakı danışıqlarda iştirak edən ərəb vasitəçilərinə yaxın mənbə məlumat verib.
Qeyd olunub ki, bu halda radikallar qadın və uşaqlar da daxil olmaqla daha 40-a yaxın insanı azad etməyə hazırdırlar.
HAMAS hərəkatı həmçinin Qəzza zolağında İsraillə humanitar atəşkəsə dair razılaşmanı da uzatmağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, İsraillə əsir mübadiləsi üzrə saziş iki gündür.