Ukraynanın qələbəsi olmadan nə tərəqqimiz, nə də azadlığımız olacaq"
"Unikal" xəbər verir ki, bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvili "Avropaya səsimiz" kampaniyası çərçivəsində gürcü mətbuatı ilə görüşündə bildirib.
Prezident bir daha Ukraynaya qələbə arzulayıb və bildirib ki, ukraynalıların mübarizəsi “ümumi azadlığımız uğrunda” mübarizədir.
"Mən bu gündən istifadə edib Ukraynaya qələbə arzulamaq istəyirəm, çünki Ukraynanın qələbəsi olmadan nə tərəqqi, nə də azadlıq olmayacaq. Bu, bizim birgə azadlıq uğrunda mübarizəmizdir və buna görə sizə çox təşəkkür edirəm", - deyə prezident əlavə edib.