Hollivud ulduzları Ancelina Coli və Bred Pittin satışa çıxardığı malikanəsinin görüntüləri yayılıb.

"Unikal" xəbər verir ki, Amerikada Yeni Orleanda yerləşən ev 5,35 milyon dollara satışa çıxarılıb. Amma evi alan yoxdur və buna görə də onun hərraca çıxarılmasına qərar verilib. İlkin qiymət isə 1 milyon dollar olacaq. 

Cütlük 2007-ci ildə aldığı evə 3,5 milyon dollar ödəyib. 

Qeyd edək ki, Coli və Bred 2016-cı ildə boşanıb.