"Mançester Yunayted" İngiltərə Premyer Liqasında rekorda imza atıb.

"Unikal" xəbər verir ki, "qırmızı şeytanlar" buna 13-cü turda "Everton"u 3:0 hesabı ilə məğlub etməklə nail olub. Nəticədə komanda çempionatda "quru" oyunlarının sayını 500-ə çatdırıb. Bu isə rekord deməkdir.

Qeyd edək ki, "Mançester Yunayted" 13 oyundan sonra 24 xal toplayıb və turnir cədvəlində 6-cı yerdədir.