Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Salyan rayonuna səfəri çərçivəsində şəhid mayor Vidadi Əhmədovun ailəsini ziyarət edib.

"Unikal" xəbər verir ki, görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.