“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün əməkdaşlıq üçün çox faydalı olacağını düşünürəm. Ölkələrimiz regionda sülh və inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.
O bildirib ki, “3+3” formatındakı görüşlərin Cənubi Qafqazda problemlərin həllində, qalıcı sülhün əldə olunmasında mühüm əhəmiyyəti var:
“Amma Ermənistan sülh üçün yaranan şəriaiti lazımınca dəyərləndirmir”.