QHT Şurasının 5 illik yubileyi qeyd edilib
20:45 18-04-2013
CƏMİYYƏT
QHT Şurasının 5 illik yubileyi qeyd edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 5 illiyi ilə bağlı yubiley toplantısı keçirilib. "Park İnn" otelində təşkil olunan mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, QHT rəhbərləri iştirak ediblər.
Tədbirdə ilk olaraq QHT Şurasının 5 illik fəaliyyətini özündə əks etdirən kitab və film təqdim edilib.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai birliyinin sədri Anar Xəlilovun "Unkal"a bildirdiyinə görə, "QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətinə nəzər saldıqda vətəndaş cəmiyyətinin qurulmasında göstərilən xidməti dəyərləndirməmək mümkün deyil.
Şura ötən dövr ərzində çox böyük uğura imza atdı və vətəndaş cəmiyyətinin qurumlarının ondan gözlədiyi töhfəni verdi. Vətəndaş cəmiyyətinin qurulmasında Şura bütün sahələrə maliyyə ayırmaqla həm QHT-lərin inkişafına həm də həmin sahələrdəki boşluqların aradan qalxmasına böyük yardım etdi. Bu gün vətəndaş cəmiyətində elə bir sahə tapmazsan ki orada Şuranın müsbət mənada izinə rast gəlməyəsən. Xüsusilə Qarabağ problemi ilə bağlı Şura çox böyük işlər görmüş və bu sahə ilə bağlı fəaliyyət göstərən QHT-lərə əvəzedilməz yardımlar edərək yüksək səviyyəli layihələri maliyyələşdirmişdi. Bu gün bir çox yazılı və elektron materialların Beynəlxalq aləmdə yayılmasında Şuranın yardımlarının xüsusi çəkisi var. Yuxarı Qarabağın gənclər birliyi olan "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin Şura tərəfindən Qarabağ həqiqətlərinin Beynəlxalq ictimaiyyət arasında təbliği istiqamətində bir neçə layihəsi maliyyələşdirilib. 40-a yaxın həyata keçirdiyimiz layihələr arasında bu layihələrin xususi çəkisi vardır. İngilis dilində çəkilən "Qafqazın Konservatoriyası" sənədli filmi və üç dildə hazırlanan "Qarabağ abidələri" kitabı bu gün dünyanın ən aparıcı kitabxana və universitetlərində oxunur və numayiş olunur. İstər bizim birliyin istərsə də digər QHT-in hazırladıqları materiallar Xarici işlər nazirliyi, səfirliklərimiz, diasporalarımız tərəfindən istifadə edilir".
"Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün "Unikal"a söylədiyinə görə, "QHT Şurasının yaradılması Azərbaycanda QHT sektorunun formalaşması üçün uzun illərdir ki, ağır şərtlər altında olsa da belə mübarizə aparan insanların zəhmətinin nəticəsi idi. Şuraya qədər Azərbaycan QHT-ləri, xüsusən də bizim təşkilat kimi milli-mənəvi dəyərləri təbliğ edən, ideoloji müstəvidə mücadilə aparan ictimai təşkilatların öz işlərini qurmasında, donor tapmasında çox böyük çətinliklər var idi. Çünki Azərbaycan QHT-lərinin müəyyən hissəsi xarici donorlardan tam asılı vəziyyətdə idi, digər bir qismi isə, mən deyərdim çox böyük qismi maddi-texniki baxımından ciddi çətinliklər içindəydi. Əlbəttə mən bunları qeyd etməklə demək istəmirəm ki, Şuranın yaradılması ictimai təşkilatlarımızı tamamilə çətinliklərdən çıxardı. Xeyr mən bunu nəzərdə tutmurdum. Amma bütövlükdə beş illik müddətdə Şuranın gördüyü işlərin nəticəsidir ki, QHT hərəkatında canlanma artdı, demək olar ki, əksər ictimai təşkilatlar Şuranın donorluğu ilə layihələr icra etdi, həm də ən əsas məsələlərdən biri həllini tapdı. Bu da dövlət qurumları ilə QHT-lər arasında qarşılıqlı etimadın yaranması və güclənməsidir. Dünyada QHT-lərin fəaliyyətinə diqqətin get-gedə artdığı bir zamanda Azərbaycanda dövlət qurumları ilə QHT-lər arasında anlaşılmazlığın olması, bir çox məqamlarda məmurların ictimai təşkilatlara "qeyri-dövlət təşkilatları" olaraq münasibət göstərməsi zaman-zaman müxtəlif problemlər yaradırdı. Amma Şuranın yaradılması və onun adındakı sözlər tərəflər arasında etimadsızlıq mühitini sürətlə aradan qaldırmağa başladı".
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36