Ermənistan polisi paytaxt İrəvanın mərkəzi küçələrində aksiya keçirən “Zanq” hərəkatının üzvlərini səkidə maarifləndirmə yürüşü keçirmədiklərini əsas gətirərək saxlayıb, həm kişilərə, həm də qadınlara qarşı zorakılıq tətbiq edilib.
"Unikal" xəbər verir ki, hərəkat iştirakçıları artıq üçüncü gündür, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirir, “Respublika” meydanında çadır qurmağa çalışırlar.
Qeyd edilir ki, ötən günlərdə təşkil olunan aksiyalar zamanı polis Saryan küçəsində yürüş keçirən 6 etirazçını saxlayıb. Polis etirazçıların “Respublika” meydanında yerləşdirməyə çalışdıqları çadırı da müsadirə edib.
“Zanq” bəyanat yayaraq, polis əməkdaşlarının kobudluqla və güc tətbiq etdiyini, səsucaldanları hərəkat üzvlərinin əllərindən aldıqlarını pisləyib.