İndoneziyada 2024-cü il fevralın 14-də keçiriləcək prezident seçkiləri öncəsi seçki kampaniyası başlayır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyası bildirib.
Məlumatına görə, seçki kampaniyası 75 gün davam edəcək və fevralın 10-da başa çatacaq.
İndoneziyada 277 milyonluq əhalinin təxminən 204 milyonu səsvermə hüququna malikdir.
Seçkilərdə 50%-dən çox səs toplayan namizəd qalib gəlir. Səlahiyyət müddəti beş ildir.