"Birləşmiş Ştatlar HƏMAS-ın əlindəki bütün girovları azad etmək üçün səylərini davam etdirəcək".
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
“HƏMAS terrorçuları tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər biz dayanmayacağıq”, deyə bildirib.
Bayden izah edib ki, o, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının nəticə verməsi səylərində şəxsən iştirak edir. Bununla bağlı o vurğulayıb ki, artıq 50-dən çox insan HƏMAS-ın girovluğundan azad edilib.