Prezidentliyə namizədlərin sayı nə qədər olacaq?
20:46 18-04-2013
CƏMİYYƏT
Prezidentliyə namizədlərin sayı nə qədər olacaq?
Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə təxminən 6 ay vaxt qalmasına baxmayaraq namizədlərin əksəriyyətinin adı indidən məlumdur. Artıq 11 nəfər prezident seçkilərində namizəd kimi iştirak edəcəyini elan edib. Prezidentliyə namizədliyini ilk olaraq açıqlayan Müsavat başqanı İsa Qəmbər olub.
Ardınca Ümid Partiyasının sədri İqbal Ağazadə, hüquq müdafiəçisi Vidadi İsgəndərli, "EL" Hərəkatının həmtəsisçisi Eldar Namazov, VİP sədri Əli Əliyev, "İctimai Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri İlqar Altay, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğu, "REAL" Hərəkatının sədri İlqar Məmmədov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də namizədliklərini irəli sürüblər.
Bunlardan başqa, daha bir neçə prezidentliyə namizədin ortaya çıxacağı gözlənilir. Bu şəxslərin arasında isə ən çox adları çəkilən AXCP sədri Əli Kərimli, BAXCP sədri Qüdrət Həsənquliyev, ACP lideri Rəsul Quliyev və digərləri daxildir.
Və qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər bu ilki seçkilərə hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyi altında gedəcəklərini bəyan ediblər.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin "Unikal"a dediyinə görə, "Azərbaycanda müəyyən məhdudiyyətlər olmasaydı və bir çox iqtisadi problemlər maneçilik törətməsəydi, prezidentliyə namizədlərin sayı on minə çatardı. Bu da ondan irəli gəlir ki, ölkədəki ən ucqar dağ kəndindən başlamış paytaxt Bakı şəhərinə qədər hamı elə bilir ki, futbolu və siyasəti onlar qədər bilən, baş çıxardan yoxdur. Bizim insan öz imkanları və iddiaları barədə primitiv təsəvvürə malikdir. Ona görə də yerindən qalxan özünü prezidentliyə layiq bilir".
Partiya sədri hesab edir ki, "Azərbaycanda professional siyasətçilər yox dərəcəsindədir. Siyasətlə məşğul olanlar öz təkəbbürlərini və iddialarını
təmin etmək üçün bu işlərə girişiblər. Bizim siyasətçilərimiz futbolçularımız kimidirlər. Biləcəridən o yana keçə bilmirlər. Onlardan ancaq məhəllənin futbol komandasına kapitan çıxa bilər. Bunu özləri də bilirlər, amma etiraf etməyə kişilikləri çatmır".
"Qərb-Şərq" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclunun "Unikal"a söylədiyinə görə, "Bu dəfəki prezident seçkiləri ölkə üçün böyük əhəmiyyət kəsb etdiyindən prezidentliyə namizədlərin sayının çox olması məni təəccübləndirmir. Qeyd edim ki, mən əvvəldən vahid namizəd formatının əleyhinə idim və bu barədə fikirlərimi hələ İctima Palatanın üzvü olarkən də ifadə etmişdim. Siyasət reallıq əsasında qurulmalıdır. Heç kimə hökm edə bilməzsən ki, mənim qərarlarıma tabe ol. Namizədlərin sayının çoxluğuna gəlincə isə, mən bunu normal qəbul edirəm".
Politoloq onun da bildirdi ki, "Prezident seçkilərində namizəd kimi iştirak edib-etməyəcəyim barədə may ayında qərar qəbul edəcəyəm".
Adil Qasımlı
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50