Türkiyənin Xarici İşlər naziri Hakan Fidan NATO Xarici İşlər nazirləri toplantısı çərçivəsində Brüsselə səfər edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Görüş çərçivəsində Ukraynada müharibənin və Qəzzada humanitar faciənin davam etdiyi bir vaxtda Avro-Atlantik regionda təhlükəsizlik vəziyyəti qiymətləndirilib, həmçinin, Balkanlardakı hadisələr müzakirə ediləcək və xarici işlər nazirləri səviyyəsində NATO-Ukrayna Şurasının ilk iclası təşkil ediləcək.
Ağarza Elçinoğlu