Ermənistan parlamentinin deputatı Bakıda "erməni tarixi-mədəni izləri" adlı sərginin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
"Unikal" xəbər verir ki, "Mülki Müqavilə Partiyası"ndan olan Vilen Qabrielyan Bakıda yaşamaq istəyini də gizlətməyib.
O, jurnalistin "Bakıda yaşamağa gedərsiz?" sualına belə cavab verib: "Təhlükəsizlik şərtləri Azərbaycan hakimiyyəti tərəfindən təmin edilərsə, bəli".
Qeyd edək ki, 40 yaşlı deputat 25 avqust 1983-cü ildə Bakı şəhərində anadan olub.
Ağarza Elçinoğlu