Ermənistanın Şirak rayonunun Pokr Sarıar kəndi yaxınlığında qar uçqunu baş verib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təcili tibbi yardım maşını qar uçqunu altında qalıb. 

Əraziyə regional xilasetmə idarəsinin Böhran İdarəetmə Mərkəzinin xilasediciləri cəlb olunub. Onlar "Ford" markalı təcili tibbi yardım avtomobilinin içindən 1992-ci il təvəllüdlü sürücünü çıxarıblar. 

Ağarza Elçinoğlu