İsrail hökuməti 8 milyard dollarlıq rekord hərbi büdcəni təsdiqləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.
Nazirlər Kabineti dövlət büdcəsində hərbi ehtiyaclarla bağlı xərclərin artırılmasını təsdiq edib.
Eyni zamanda, bir sıra hökumət üzvləri yenilənmiş büdcənin təsdiqinə qarşı olduqlarını bildiriblər. Onların arasında oktyabrın 7-dən sonra ölkədə yaradılmış hərbi kabinetin üzvü, İsrailin keçmiş müdafiə naziri Benni Qantz da var.
Ağarza Elçinoğlu