"Gucci" şirkətinin 50-yə yaxın əməkdaşı işçi qüvvəsinin böyük bir hissəsinin Romadan Milana köçürülməsinə etiraz olaraq tətilə çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Oktyabr ayında brendin sahibi olan "Kering" şirkətinin rəhbərliyi qərarın 219 dizaynerdən 153-nə təsir edəcəyini bildirib. Lakin işçilərin fikrincə, bu, kollektiv şəkildə işdən çıxarılmağa bərabərdir. Bununla əlaqədar işçilər dörd saatlıq tətil keçiriblər ki, bu da "Gucci"nin bütün 102 illik tarixində ilk dəfədir. Belə ki, etirazçılar posterlərlə küçəyə çıxaraq ofisin yaxınlığında aksiya keçirmək qərarına gəliblər.
“Gucci kəsir, amma tikmir”, “Gucci-də ixtisar modadır” deyə şüarlar səsləndiriblər.