Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Mariannanın arsen və civə ilə zəhərlənməsi ilə bağlı açıqlamalarına münasibət bildirib .
"Unikal" xəbər verir ki, Kreml nümayəndəsinin sözlərinə görə, Moskva Ukraynanın bütün problemlərinə görə Rusiyanı günahlandırmasına öyrəşib.
"Ukrayna hər şeydə, hətta mövcudluğunda da Rusiyanı günahlandırır. Bu, ümumi ittihamdır ", - o qeyd edib.
Xatırladaq ki, noyabrın 28-də Ukrayna mətbuatı Kirill Budanovun həyat yoldaşının gündəlik həyatda istifadə olunmayan ağır metallarla zəhərləndiyi barədə məlumat yayıb. Qadın xəstəxanaya yerləşdirilib.
Gülayə Mecid