Yeni Zelandiyada yeni qurulan koalisiya hökuməti ilk 100 günlük fəaliyyət planı çərçivəsində məktəblərdə mobil telefonları qadağan etməyi planlaşdırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, baş nazir postunu tutan Kristofer Lukson hökumətin 49 tədbiri əhatə edən 100 günlük fəaliyyət planını açıqlayıb. Hökumətin təhsil sahəsində atacağı addımlar arasında məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsi, hər gün bir saat oxuma, yazma və riyaziyyat dərslərinin məcburi edilməsi də var.