"Kızılcık şerbeti" serialının heyətində dəyişiklik ediləcək.

"Unikal" xəbər verir ki, ekran işində müğənni Ajda Pekkan da rol alacaq. İfaçı ekran işində elə özünü canlandıracaq. O, dekabrın 29-da, 45-ci bölümdə izləyicilərin qarşısına çıxacaq. 

Xatırladaq ki, bir müddət əvvəl Pekkan açıqlamasında sözügedən serialı bəyəndiyini bildirmişdi.