"Hazırda qızılcaya yoluxanların sayının sürətlə artmasının şahidi oluruq. Sual yaranır ki, icbari dispanserizasiya aparılanda peyvəndləmənin nə qədər az olması ilə bağlı statistika aparılıbmı?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Müşfiq Məmmədli deyib.

"Bu gün qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksiyanın aparılmamasıdır. Bütün bunlara baxmayaraq hər il dispanserizasiya üçün büdcədən kifayət qədər vəsait ayırılır", - deyə deputat bildirib.

Anar Kəlbiyev