"2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü Gürcüstanda keçiriləcək”.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.

O bildirib ki, hazırda region çox çətin gərginlik vəziyyətindədir. Buna görə də üçtərəfli görüş çox əhəmiyyətlidir.