Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
"Unikal" xəbər verir ki, 2,5 saat davam edən görüşdən sonra bəyanat verilib. Bəyənatda bir çox məsələlərlə yanaşı Azərbaycan Ermənistan münasibətləri də yer alıb.
"Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə bağlanması və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib; Bildirilib ki, biz Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik".