Xaçmaz-Xudat avtomobil yolunda “VAZ-2115” və “QAZ-3110” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki,  hadisə nəticəsində 1964-cü il təvəllüdlü Lalayev Əlfəddin Şıxverdi oğlu, 1965-ci il təvəllüdlü Lalayeva Aygün Əliverdi qızı və onların nəvəsi 2015-ci il təvəllüdlü Lalayev Y. Elnur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.