"23 ildir toylarda, efirdəyəm. Amma heç vaxt kişi məclisində oxumamışam".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Xəbər-ətər" proqramında deyib. O bildirib ki, kişi məclisinə getmir: "Oxuyana da pis baxmıram. Müğənni hər yerdə oxuya bilər".
Xatirə əlavə edib ki, bir vaxtlar yaratdığı xına biznesi artıq bağlanıb:
"Xınada oxuyuram, amma dekor işini görmürəm".