Ukrayna Yaponiya hökumətinin zəmanəti ilə Dünya Bankından 1,2 milyard dollar alacaq.
"Unikal" xəbər verir ki, bu barədə Dünya Bankının saytında bildirilir.
Məlumata görə, vəsait “İnklüzivlik, davamlılıq və səmərəlilik üçün Sosial Müdafiəyə İnvestisiya” (INSPIRE) layihəsi çərçivəsində “Ukraynanın ən həssas əhalisi” üçün 29 sosial yardım proqramının dəstəklənməsinə yönəldiləcək.
Pulun yetimlərə, himayə altında olan uşaqlara, sosial cəhətdən həssas qruplara daxil olan tələbələrə, həmçinin Çernobıl AES-də baş vermiş qəza və insan alveri qurbanlarına dəstək üçün istifadə edilməsi planlaşdırılır.