Vyetnamda aylardır baş ağrısından əziyyət çəkən 35 yaşlı kişi xəstəxanaya gedərkən həyatının şokunu yaşayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər maye axıntısı və dehidrasiya, həmçinin bağ ağrıları şikayətləri olan kişinin beyin rentgenoqrafiyasını çəkib və onun beynində iki Çin yemək çubuğu olduğunu müəyyən ediblər.
Kişi dərhal endoskopik əməliyyat keçirib və kəllə sümüyünə ilişən çubuqlar burnundan çıxarılıb. Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilərkən, Neyrocərrahiyyə şöbəsinin müdiri Dr. Nguyen Van Man hadisəni "çox nadir" adlandırıb.
Digər tərəfdən həmin şəxs 5 ay əvvəl bir məkanda həddindən artıq sərxoş olan zaman bir nəfərlə dava etdiyini və bu şəxsin onun başına nəsə bıçaqla xəsarət yetirdiyini, lakin hadisəni xatırlamadığını bildirib.
Gülayə Mecid