Qışın gəlişi Rusiya-Ukrayna münaqişəsində yeni mərhələnin başlanğıcını qoydu. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Associated Press" (AP) agentliyinə müsahibəsində deyib. 

O, qeyd edib ki, silahların və quru qoşunlarının davamlı çatışmazlığı səbəbindən yayda əks-hücum istənilən nəticəni verməyib: "İstənilən nəticələrə daha tez nail olmaq mümkün deyil, lakin bu o demək deyil ki, biz təslim olmalıyıq. İnsanlarımızı itiririk, buna görə mən xoşbəxt deyiləm. İstədiyimiz bütün silahları ala bilmədik, qane ola bilmirəm, amma çox da şikayət edə bilmərəm". 

Ağarza Elçinoğlu