İraqın şərqindəki Diyala vilayətindəki yolda bomba partlayıb, daha sonra atışma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisı nəticədə azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.
Məlumata görə, hücum Amraniya şəhəri yaxınlığında baş verib, yerli deputatlardan birinin qohumları hədəfə alınıb: "Yol kənarına qoyulmuş iki bombanın partladılması nəticəsində bir neçə nəfərin olduğu avtomobil məhv edilib. Snayperlər kömək üçün hadisə yerinə gələn yerli sakinləri atəşə tutmağa başlayıb".
Təhlükəsizlik qüvvələri bölgədə komendant saatı elan edib. Hücuma görə məsuliyyət daşıyanların tapılması üçün axtarışlara başlanılıb.
Ağarza Elçinoğlu