ABŞ-nin Nyu-Cersi ştatından olan altı yaşlı qız IQ testindən keçdikdən sonra dünyanın ən böyük və ən yaşlı yüksək IQ cəmiyyəti olan Mensaya qəbul olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı Deklan Lopezin IQ-su 138-dir. Albert Eynşteynin səviyyəsinə çox yaxın olan bu səviyyə Deklanın son dərəcə intellektli olması deməkdir. 

Məlumata görə, ailəsi onun yüksək intellektini ilk dəfə hava limanında olarkən görüb.  Bununla belə, valideynləri onun uşaqlığından zövq almasını və təzyiqlərə məruz qalmamasını istəyir.

"Mən onun gülməsini, zarafat etməsini, səhv etməsini və 6 yaşlı uşaqların etdiyi işləri görməsini istəyirəm", - deyə Deklanın atası bildirib. 

Yüksək IQ yüksək intellektin göstəricisi olsa da, insanın nə qədər intellektli olduğunu müəyyən etmək üçün mükəmməl və ya mütləq üsul deyil. Çünki insan zəkası inanılmaz dərəcədə mürəkkəb və incədir. İnsan bir işdə çox istedadlı ola bilər, digərində isə yox.

Uşaqlara gəldikdə isə vəziyyət daha da mürəkkəbləşir. Çünki uşaqların beyni böyüklərdən fərqli işləyir. Bəziləri iddia edirlər ki, IQ bal intellektin obyektiv ölçüsü deyil, sadəcə olaraq insanın IQ testindən keçmə qabiliyyətinin ölçüsüdür.

Digər tərəfdən, bir çox məşhurlar yüksək IQ-ya sahib olduqları ilə tanınırlar. Onların arasında “Ulduz müharibələri”, “Qara qu quşu” və “Tor” filmlərində oynadığı rollardan əlavə, iki ayrı elmi jurnalda nəşr etdirdiyi Natali Portman da var. Pop ulduzu Şakiranın İQ-nun 140 olduğu da məlumdur.