Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib ki, ezamiyyətdə olan sənədlərinə baxmayaraq, sərhədçilər onun Varşava və Vaşinqtona getməsinə icazə verməyiblər
"Unikal" xəbər verir ki, siyasətçi bu barədə özünün "Telegram" kanalında məlumat verib.
"Ali Radanın sədrinin imzası ilə ezamiyyətə getmişdim, sərhədçilər məni buraxmadılar. Onlar cinayət xarakterli əmrləri yerinə yetirir, əminəm ki, sərhədçilərin bununla heç bir əlaqəsi yoxdur. Bu, Volodimir Zelenskinin ofisinin mövqeyidir", - Poroşenko bildirib.
Hazırda Poroşenko parlament üzvü və Avropa Həmrəyliyi Partiyasının lideridir. Ukraynada ümumi səfərbərlik elan edildikdən və hərbi yaşda olan kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulandan sonra deputatlar və məmurlar yalnız bunun ezamiyyət olduğunu təsdiq edən sənədləri olduqda ölkədən gedə bilərlər.
Eks-prezident əlavə edib ki, Varşava və Vaşinqtonda işgüzar görüşləri planlaşdırılıb. Belə ki, o, Ukrayna-Polşa sərhədindəki keçid məntəqəsinin polşalı yük maşınları tərəfindən blokadaya alınması, eləcə də ABŞ-ın Kiyevə maliyyə yardımının davam etdirilməsi məsələsini müzakirə etmək niyyətində olub.
Gülayə Mecid