Ukrayna Silahlı Qüvvələri əks-hücumun başlamasından sonra altı ay ərzində 125 mindən çox insan və 16 min texnika itirib.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Əks-hücum adlandırılan altı ay ərzində düşmən 125 mindən çox insan və 16 min ədəd müxtəlif silah itirdi" , - deyə nazir bildirib.
İdarə rəisinin sözlərinə görə, Rusiya bölmələri xüsusi əməliyyat zonasının bütün istiqamətlərində nəzarət zonalarını genişləndirib. Rusiya Silahlı Qüvvələrinin əsgərləri fəal şəkildə müdafiəni davam etdirir və döyüş potensialını artırırlar.
Şoyqu qeyd edib ki, son bir ayda 810-cu dəniz piyada briqadası, 4-cü, 15-ci, 114-cü və 123-cü motoatıcı briqadalar, eləcə də 150-ci motoatıcı diviziyası xüsusilə fərqlənib.