Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans vasitəsilə operativ iclas keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat dərc olunub.
İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir KolokoltsevŞ həmçinin müdafiə naziri Sergey Şoyqu, FSB direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezidentin ətraf mühit, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, eləcə də baş nazirin birinci müavini Andrey Belousov iştirak ediblər.
Putinin sözlərinə görə, görüşdə texnoloji suverenliyin əldə edilməsinin ölkənin təhlükəsizliyinin təmin edilməsinə təsiri müzakirə olunub.
Ağarza Elçinoğlu