ABŞ-nin Mega Millions tarixində ikinci ən böyük cekpot olan 1,35 milyard dollarlıq lotereya uduşunun qalibi arvadını məhkəməyə verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb arvadının valideynlərinə və bacısına uduş barədə danışması olub.
Adı açıqlanmayan şəxs deyib ki, arvadı ilə 1 iyun 2032-ci ilə qədər müqavilə bağlayıb. Müqaviləyə görə onun arvadı on il ərzində uduş haqqında heç kimə heç nə deməməli idi. Amma qadın telefon danışığı zamanı kişinin valideynlərinə və bacısına hər şeyi danışaraq öhdəliyini pozub.
İndi cekpot qalibi icazəsiz açıqlamaya görə arvadından ən azı 100.000 dollar təzminat tələb edir.
Seymur Əli