Gürcüstan Müsəlmanları İdarəsində (GMİ) kadr dəyişikliyi baş verib.
"Unikal" xəbər verir ki, dekabrın 1-də GMİ-nin yeni şeyxi postuna seçkilər keçirilib.
Səsvermənin nəticələrinə görə, üç namizəd arasından hacı Faiq Nəbiyev GMİ-nin yeni şeyxi seçilib.
O, qarşıdakı beş il ərzində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi vəzifəsini icra edəcək.